MÜSTƏNTİQ MATERİALLARI TƏQDİM ETMƏDİYİNDƏN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Bu gün (19 may) Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin sədrliyi ilə "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin vəkili Elçin Sadıqovun Baş Prokurorluğun İstintaq İdarəsinin baş müstəntiqi Əli Quliyevə qarşı qaldırdığı iddia üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Məhkəmənin təxirə salınmasına səbəb müstəntiqin iş materiallarını məhkəməyə təqdim etməməsi olub. Növbəti məhkəmə prosesi 27 may saat  16.30-a təyin edilib.

Xatırladaq ki, Elçin Sadıqov müdafiə etdiyi "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlillə birlikdə İstintaq İdarəsində 12 saatdan artıq saxlanılmasına və mənəvi təzyiqlərlə üzləşdiyinə görə  baş müstəntiq Əli Quliyevə qarşı iddia qaldırmışdı.

Previous Post

“AZADLIQ” QƏZETİNİN DAHA BİR ƏMƏKDAŞI HƏDƏLƏNİR

Next Post

AŞPA MONİTORİNQ QRUPUNUN HƏMMƏRUZƏÇİLƏRİ AZƏRBAYCANDA JURNALİSTLƏRİN HƏBSİNİ QURAMA SAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.