QƏNİMƏT ZAHİDOVUN AYAQLARINDAKI AĞRILAR ARTIB

Bu gün (05 sentyabr) “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidovun (Zahid) həyat yoldaşı Ayəndə Mürsəliyeva 17 saylı Cəzaçəkmə Müəssisəsində (CM) baş redaktorla görüşüb.

Bu haqda RATİ-yə məlumat verən A.Mürsəliyeva Zahidovun  səhətinin pisləşdiyini, ayalarındakı ağrılarının artdığını bildirdi.
“Revmatizmlə bağlı olaraq ağrıları artıb. Onun kurs müalicə qəbul etməsinə zəruriyyət yaranıb.  Bunun üçün də Qənimət Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə köçürülməlidir.  Amma hələ də müalicə müəsisəsinə köçürülməyib”, – deyə Mürsəliyeva vurğuladı.
“Qənimət Zahidovun müalicə müəssisəsinə köçürülüb-köçürülməyəcəyini həkimlər müəyyənləşdirəcək. Əgər onun səhhətində problem olarsa, o, dərhal Müalicə Müəssisəsinə  köçürüləcək”. Bunu isə RATİ-yə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimayətlə əlaqələr şöbəsinin əməkdaşı   Mehman Sadıqov bildirdi.
    

Previous Post

MƏTBUAT ŞURASI MEDİADA CƏRƏYAN EDƏN ÜMUMİ TENDENSİYANIN MONİTORİNQİNİ APARIB

Next Post

RATİ MƏTBUAT MƏRKƏZİNİ PULSUZ OLARAQ ƏHALİNİN İSTİFADƏSİNƏ VERİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.