RATİ MƏTBUAT MƏRKƏZİNİ PULSUZ OLARAQ ƏHALİNİN İSTİFADƏSİNƏ VERİR

Bu gündən etibarən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu özünün Mətbuat Mərkəzini əhali üçün pulsuz olaraq istifadəyə verir.

Belə ki, RATİ-nin Mətbuat Mərkəzi əsasən media problemləri ilə bağlı tədbirlərin keçırılməsi üçün nəzərdə tutulub. Amma son zamanlar Mətbuat Mərkəzində tədbir keçirməklə bağlı çoxsaylı müraciətlər daxil olmağa başlayıb. İnsanlar bildirirlər ki, onlar haqqını ödəmək şərti ilə mətbuat konfransı keçirmək üçün  bir neçə ünvana müracət ediblər. Amma müxtəlif bəhanələr gətirilməklə onlara mətbuat konfransı keçırmək üçün yer verilmir. İnsanların fikirlərini ictimaiyyətə çatdırmaq üçün yer tapa bilmədiklərini  nəzərə alan  RATİ özünün Mətbuat Mərkəzində Azərbaycan qanunvericiliyinə uyğun şərtlər altinda keçiriləcək istənilən tədbirin keçirməsinə imkan yaratmaq haqqında qərar verib.
Daha ətraflı məlumat almaq, mərkəzə baxmaq və ya tədbir təyin etmək üçün zəhmət olmasa RATİ-nin əməkdaşı Rəsul Cəfərovla əlaqə saxlayın (+99 412) 418-0334 və ya (+99 450) 586-3537.

Previous Post

QƏNİMƏT ZAHİDOVUN AYAQLARINDAKI AĞRILAR ARTIB

Next Post

BAŞ REDAKTOR HAQQINDA 1 İL 6 AY MÜDDƏTİNƏ ŞƏRTİ CƏZA HÖKMU ÇIXARILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.