“PARALEL” QƏZETİNİN ƏMƏKDAŞINA TƏZYİQ EDİLİR

“Paralel” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə müxbiri Yafəs Həsənova təzyiq edilir.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Y. Həsənov özü məlumat verib. O bildirib ki, ona qarşı təzyiqlər hələ “Gündəlik Azərbaycan” qəzetinin bölgə müxbiri işləyərkən başlayıb. Adıçəkilən qəzet bağlandıqdan sonra isə təzyiqlər daha da intensivləşib: “Təzyiqlər nəticəsində mən Muxtar Respublikanın Kəngərli rayonundakı evimi tərk edib ailəmlə birlikdə Bakı şəhərinə gəldim. Ancaq bundan sonra da dəfələrlə hüquq-mühafizə orqanlarının təqibi ilə üz-üzə qalmışam” – deyə Y. Həsənov bildirib. “Naxçıvanda boş qalmış evimdə yaşamaq istəyən qohumlarıma da təzyiq edilir. Kəngərli rayon İcra hakiminin müavini Kərim Qazıbəyov qohumlarıma bildirib ki, bura hakimiyyətin düşməni olan jurnalistin evidir, siz nəinki onun evində qalmalı, ümumiyyətlə onunla qohumluqdan imtina etməlisiniz” – deyən Y.Həsənov vurğuladı ki, bu problem hələ də həll olunmamış qalıb.

     Məsələ  ilə əlaqədar Naxçıvan MR Kəngərli rayon İcra hakimiyyəti başçısının müavini K.Qazıbəyova dəfələrlə zəng etsək də, telefonlarımıza cavab verilmədi.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Next Post

HAKİM JURNALİSTİN PEŞƏ FƏALİYYƏTİNƏ MANE OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.