MAYIN 10-DA ƏFV FƏRMANI GÖZLƏNİLMİR

“Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) Azərbaycanla bağlı qəbul etdiyi tövsiyə xarakterli qərarı Azərbaycan hakimiyyəti tərəfindən öyrənilir”.


Bunu Azərbaycanla bağlı AŞ NK-nin bu günlərdə qəbul etdiyi qərara münasibət bildirərkən Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

         Onun sözlərinə görə, Azərbaycan hökuməti ölkədə proseslərin yaxşılaşdırılmasına xidmət edən bütün beynəlxalq qurumların tövsiyələrinə müsbət yanaşır. Həbsdə olan jurnalistlərin azadlığa buraxılması ilə bağlı verilmiş tövsiyəyə gəlincə, Həsənov bütün tövsiyələrin öyrənildiyini bildirib: “Sənəddə imkan daxilində hakimiyyət tərəfindən 3 jurnalistin də azadlığa buraxılması məsələsinə baxılması və prezident seçkilərinə bütün istiqamətlərdə effektiv hazırlıq görülməsi tövsiyə olunub. ”, – deyə Həsənov onu da bildirib ki, may ayının 10-u, yəni keçmiş prezident Heydər Əliyevin anadan olduğu gün münasibətilə əfv fərmanı gözlənilmir.

Previous Post

AQİL XƏLİLİ DÖYMƏKDƏ İTTİHAM OLUNAN ŞƏXS AZADLIQDADIR

Next Post

MİLLƏT VƏKİLLƏRİ “LİDER” TV-Nİ ADƏT-ƏNƏNƏLƏRƏ HÖRMƏT ETMƏYƏ ÇAĞIRIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.