Dünən Prezident yanında Əfv Komissiyasının iclası keçirilib.
“APA”-nın yaydığı məlumatda bildirilir ki, əfv siyahısı artıq hazırdır. İclas axşam saatlarına qədər davam edib. Məsələ ilə əlaqədar olaraq, RATİ bu gün Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyevlə əlaqə saxlamağa çalışsa da, telefonu bağlı olduğu və iş yerində olmadığı üçün buna nail ola bilməyib.