UKRAYNA MEYDANINDA MİTİNQƏ İCAZƏ VERİLMƏDİ

 Söz Azadlığını Müdafiə Komitəsinin Azərbaycanda  azad mətbuata təzyiqlərə və jurnalistlərin qanunsuz həbsinə etiraz olaraq dekabrın 22-də Ukrayna meydanında keçirmək istədiyi etiraz aksiyasına icazə verilməyib.

Komitədən RATİ-yə verilən məlumata görə, bu gün Bakı Şəhər İcra Hakimiyyəti aksiyanın Ukrayna meydanında deyil, bundan əvvəl təşkilatçıların imtina etdiyi Bibiheybət stadionunda keçirilməsini nəzərdə tutan cavab məktubu göndərib. Cavab məktubunda bu cür qərarın çıxarılması izah edilmir. Mitinqin təşkilatçıları öz müraciətində həmin stadionun mitinq üçün yararlı olmadığını Bakı Şəhər İcra Hakimiyyətinin diqqətinə çatdırmışdı.  Məlumatda o da qeyd olunur ki, Təşkilat Komitəsi növbəti addımlarını müəyyənləşdirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə sorğu göndərərək paytaxt ərazisində mitinq və digər kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulan yerlər barədə 2008-ci il yanvarın 10-na qədər izahat verilməsini tələb edəcək.
Previous Post

HAZIRLIQ İCLASI KEÇİRİLİB

Next Post

ƏFV SİYAHISININ HAZIR OLDUĞU BİLDİRİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.