YAP-ÇI DEPUTAT PARLAMENT SEÇKİLƏRİNİN TƏXİRƏ SALINMASINI TƏKLİF EDİB

Noyabrın 13-də Milli Məclisin iclası zamanı Yeni Azərbaycan partiyasından (YAP) olan deputat Aydın Həsənov gələn ilin parlament seçkilərinə 50 milyon manat ayrılmasını düzgün hesab etmədiyini bildirib.

O Qarabağ münaqişəsi həll olunana kimi parlamentin hazırkı tərkibdə qalmasını və seçkiyə sərf olunan pulun təqaüdlərin artırılmasına yönəldilməsini təklif edib.

YAP-ın  İcra katibi Əli Əhmədov isə bu təklifi müsbət dəyərləndirib: “Sonra deyirlər ki, lazım olan yerlərə haradan vəsait tapmaq olar? Deməli istəsək tapmaq mümkündür”.

YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə parlament seçkilərinin təxirə salınması təklifinə etiraz edib.

Fasilədən sonra yenidən  çıxış edən Əli Əhmədov bu təklifin zarafat xarakterli olduğunu bildirib. Deputat Siyavuş Novruzov isə bildirib ki, Milli Məclisin hər bir üzvünün təkliflə çıxış etmək hüququ var.  
 

Previous Post

BMT-NİN İŞGƏNCƏLƏR ƏLEYHİNƏ KOMİTƏSİNDƏ AZƏRBAYCANLA HESABAT DİNLƏNİLİB

Next Post

“PİA” ƏMƏKDAŞINA TƏZYİQ EDİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.