“PİA” ƏMƏKDAŞINA TƏZYİQ EDİLİR

Poliqon”  İnformasiya Agentliyinin əməkdaşı, Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 4-cü kurs tələbəsi Elmin Bədəlov təhsil aldığı ali məktəb rəhbərliyinin təzyiqi ilə üzləşib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Elmin Bədəlov özü məlumat verib.

O bildirib ki, noyabrın 2-də ”Poliqon” İnformasiya Agentliyində  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı yazıda Azərbaycan Dövlət Neft Akademiyasında baş verən rüşvət hallarını və müəllimlərin özbaşınalıqlarını işıqlandırıb. Noyabrın 13-də isə Neft Mexanika Fakultəsinin dekanı onu qəbul edərək sifarişli yazı yazmaqda günahlandırıb.

E. Bədəlov həmçinin qeyd etdi ki, universitet rəhbərliyi müxtəlif bəhanələrlə onu ali məktəbdən kənarlaşdırmaq istəyir: “Reportaj zamanı suallarımı cavablandıran tələbələr də yazını saytdan çıxarmağı xahiş edirlər. Mən bir daha qeyd edirəm ki, Neft Akademiyasındakı rüşvət halları ilə bağlı yazdıqlarım həqiqətdir və təzyiqlərə baxmayaraq bu problemləri daim işıqlandıracağam”.
 

Previous Post

YAP-ÇI DEPUTAT PARLAMENT SEÇKİLƏRİNİN TƏXİRƏ SALINMASINI TƏKLİF EDİB

Next Post

NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.