PARTİYA SƏDRİ JURNALİSTİN HƏBS EDİLMƏSİNİ TƏLƏB EDİR

Bu gün (23 dekabr) Binəqədi rayon Məhkəməsində hakim Maarif Kazımovun sədrliyi ilə “Ədalət” Partiyasının sədri, Azərbaycan Milli Məclisin üzvü (millət vəkili) İlyas İsmayılovun Cinayət Məcəlləsinin (CM) 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında “Nota ” qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğluna (Allahverdiyev) və “24 saat ” qəzetinin baş redaktoru İlham Tumasa (Ağayev) qarşı qaldırdığı iddia üzrə məhkəməyə hazırlıq iclası keçirildi.

İclasda baş redaktor İlham Tumas iddia edib ki,  iddiaya səbəb olan yazı F. Novruzoğlu tərəfindən yazılıb. Yazı məhkəməyə elektron formatda (disket) təqdim olunub. F. Novruzoğlu isə həmişə müəllifi olduğu məqalələri  kağızda çap edib və imzası ilə təsdiq edərək redaksiyalara təqdim etdiyini deyib.
Sonda hakim M. Kazımov işi icraata götürüb və məhkəmə prosesini dekabr ayının 30-u saat 10:00-a təyin edib.
Xatırladaq ki, iddiaya səbəb “24 saat ” qəzetinin 28 may 2008-ci il tarixli sayında “Rusiya İlyas İsmayılovun üstündən xətt çəkib ” (Məqalədə İsmayılov separatçılarla əlaqəli olmaqda və Rusiyanın sifarişi ilə fəaliyyət göstərən siyasətçi olmaqda ittiham edilib) başlıqlı məqaləsi olub. İ. İsmayılov jurnalistin həbs edilməsini tələb edir.
Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

Müxalifətin 24.12.2008 tarixinde Konstitutsiya Məhkəməsi qarşısında keçirilmiş piketi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.