HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (22 dekabr) 17 saylı cəzaçəkmə müəssisəsində Ayəndə Mürsəliyeva həyat yoldaşı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə RATİ-yə A. Mürsəliyevnın özü məlumat verdi: ”Qənimətin səhhəti normaldır, saxlanma şəraiti və ona olan münasibətdən heç bir şikayəti yoxdur. Əhval-ruhiyyəsi də pis deyil”.
Mürsəliyevanın sözlərinə görə o, görüş zamanı Q. Zahidə onun müdafiəsi ilə bağlı elan olunmuş “Qənimət həftəsi” müsabiqənin qalibi olduğu xəbərini verib: ”Qənimət özünün qalib olduğunu eşidəndə çox təəccübləndi. Habelə  ona təqdim olunan medala, diploma  və pul mükafatına görə müsabiqəni təşkil edənlərə təşəkkür etdi”.
Qeyd edək ki, “Azad Söz İnqilabçıları” (ASİ) klubu Q. Zahidin həbsinin 1 ilinin tamam olması ilə əlaqədar “Qənimət həftəsi” elan etmişdi.  Dekabr ayının 17-də  isə ASİ klubunu elan etdiyi həftəliyə dəstək verən jurnalistlər mükafatlandırıb.

Previous Post

REDAKTOR İNFORMASİYA SORĞUSUNU CAVABLANDIRMAYAN NAZİRİ MƏHKƏMƏYƏ VERİB

Next Post

PARTİYA SƏDRİ JURNALİSTİN HƏBS EDİLMƏSİNİ TƏLƏB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.