PENİTENSİAR XİDMƏT SAKİTƏ DƏRMANLARIN VERİLMƏMƏSİ İLƏ BAĞLI MƏLUMATLARI TƏKZİB EDİR

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi "Azadlıq" qəzetinin əməkdaşı, satirik jurnalist Mirzə Sakitə

dərmanların vaxtında verilməməsi ilə bağlı məlumatı dezinformasiya kimi qiymətləndirib. RATİ-nin əməkdaşı ilə söhbət zamanı şöbənin məsul işçisi bunları söyləyib:
“Mirzə Sakitə göndərilən dərmanların ona verilməməsi xəbəri həqiqətdən uzaqdır. O vaxtı-vaxtında dərmanları qəbul edir. Bu xəbər dezinformasiya xarakteri daşıyır”.
Xatırladaq ki, iyulun 2-də həbsxanada Mirzə Sakitlə görüşən həyat yoldaşı Rəna Zahidova RATİ-yə bildirmişdi ki, Mirzə Sakitə dərmanları vaxtında qəbul etməyə imkan vermirlər. Onun ABŞ-dan göndərilən dərmanları qəbul etməsi süni olaraq həbsxana rəhbərliyi tərəfindən yubadılır.

Previous Post

HƏBSDƏKİ JURNALİSTLƏRİN AZADLIĞA BURAXILMASI MƏSƏLƏSİ YENİDƏN MİLLİ MƏCLİSDƏ QALDIRILIB

Next Post

DALĞA gənclər hərəkatının piketi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.