HƏBSDƏKİ JURNALİSTLƏRİN AZADLIĞA BURAXILMASI MƏSƏLƏSİ YENİDƏN MİLLİ MƏCLİSDƏ QALDIRILIB

Bu gün (04 iyul) Milli Məclisin yaz sessiyasının son iclası keçirilib.

“Mediaforum” saytının yaydığı məlumata görə, millət vəkili Pənah Hüseyn həbsdəki jurnalistlərin azadlığa buraxılmasını, bunun seçki ilində vacib olduğunu söyləyib.Digər millət vəkili İqbal Ağazadə də bu məsələyə toxunaraq, siyasi məhbusların və jurnalistlərin azadlığa buraxılması üçün Milli Məclis adından prezidentə müraciət edilməsini təklif edib.
Xatırladaq ki, Milli Məclisin iyunun 24-də keçirilən iclasında da millət vəkili Cəmil Həsənli parlamentin sədri Oqtay Əsədovdan öz adından və bir qrup deputat adından jurnalistlərin azadlığa buraxılması üçün prezidentə müraciət etməsini istəmişdi. Bu təklifi digər deputatlar – Fazil Qəzənfəroğlu və Pənah Hüseyn dəstəkləmişdilər.

Previous Post

ELÇİN BEHBUDOV HƏBSDƏKİ JURNALİSTLƏRƏ BAŞ ÇƏKİB

Next Post

PENİTENSİAR XİDMƏT SAKİTƏ DƏRMANLARIN VERİLMƏMƏSİ İLƏ BAĞLI MƏLUMATLARI TƏKZİB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.