PENİTENSİAR XİDMƏT “ZERKALO” İLƏ BARIŞIQ QƏRARINI VERDİ

Bu gün (8 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iddiası ilə  "Zerkalo" qəzeti və qəzetin əməkaşı Alyona Myasnikovaya qarşı  başlanmış  məhkəmə prosesi davam edib.

Cavabdeh tərəfin vəkili Mürvət Vəliyev prosesdə iştirak etmirdi. Hakim Qurbanov cavabdehin vəkilinin prosesdə iştirak etmədiyini, habelə tərəflərin barışıqla bağlı məhkəməyə müracət etdiyini bildirərək  məhkəmə iclasını sentyabrın 19 saat 11:00-a qədər təxirə saldı.

Qeyd edək ki, hakim məhkəmə prosesində  foto və video çəkilişın aparılmasına icazə verməsə də, növbəti prosesdə çəkilişə icazə verəcəyinə söz verib.
Xatırladaq ki, "Zerkalo" qəzetində "Ölüm cəzası", "Açıq vərəm zonası", "Qobustan qəbirstanlığı" adlı məqalələr dərc olunub. Buna görə, Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhkəməyə müracət edərək məqalə müəllifi Myasnikovanın 50 min  AZN həcmində cərimələnməsi, "Zerkalo" qəzetinin isə təkzib verməsini tələb edib.

Previous Post

VALİDEYİNLƏRİ MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Next Post

EYNULLA FƏTULLAYEVƏ MÜXALİFƏT VƏ MÜSTƏQİL QƏZETLƏR VERİLMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.