CANLI EFİRDƏ TELEFON ƏLAQƏLƏRİ BAŞ TUTMAYIB

Dünən “Amerikanın səsi” radiosunun canlı verilişində “Azərbaycanda mətbuat azadlığının vəziyyəti və jurnalistlərə qarşı olunan təzyiqlər” mövzusunda müzakirələr aparılıb.

Müzakirələrdə Aqil Xəlilə edilən hücumlar və son günlərdə baş verən hadisələrə münasibətlər bildirilib. Aparıcılar qeyd ediblər ki, bu məsələlərlə bağlı münasibət bildirmək üçün Yeni Nəsil Jurnalistlər birliyinin sədri Arif Əliyev, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “Amerikanın səsi”-nin Bakıdakı nümayəndəsi Tapdıq Fərhadoğlu və “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlillə telefon əlaqələri yaradacaqlar. Birinci bu məsələlərə Arif Əliyev münasibət bildirsə də, onunla yaradılan telefon əlaqəsi yarıda kəsilib. Arif Əliyevlə əlaqə saxlayacaqlarını deyən aparıcılar yenidən Əliyevlə və Aqil Xəlillə əlaqə saxlayıblar. Tapdıqoğlu və Sadıqovla əlaqə saxlamaq isə ümumiyyətlə mümkün olmayıb. Bunun səbəbini aparıcılar son vaxtlar Bakıda telefon əlaqəsi yaratmağın çətinləşməsi ilə izah ediblər.
RATİ hesab edir ki, telefon əlaqələri kənar müdaxilələr nəticəsində alınmayıb.

Previous Post

YENİ TELEKANALIN AÇILMASI ÜÇÜN MÜSABİQƏ ELAN EDİLİB

Next Post

MTRŞ AQİL XƏLİLLƏ BAĞLI SÜJETLƏRİN YAYIMLANMASINDA HEÇ BİR QANUN POZUNTUSU GÖRMÜR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.