MTRŞ AQİL XƏLİLLƏ BAĞLI SÜJETLƏRİN YAYIMLANMASINDA HEÇ BİR QANUN POZUNTUSU GÖRMÜR

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr köməkçisi Toğrul Məmmədov Aqil Xəlillə bağlı videosüjetin telekanallarda yayımlanması məsələsinə münasibət bildirib.

Məmmədovun sözlərinə görə, istintaq materialı ictimai əhəmiyyət kəsb etdiyi üçün yayımlana bilər: ““Televiziya və Radio Yayımı Haqqında” qanunda və MTRŞ haqqında əsasnamədə teleradio yayımın azad olması və yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətini peşə müstəqilliyi əsasında həyata keçirməsi qeyd olunur. Buna görə də yayımçıların qanunda nəzərdə tutulmayan digər hərəkətləri ilə bağlı hər hansı hüquqi və fiziki şəxsin narazılığı olarsa, məhkəmə yolu ilə bu məsələni həll edə bilər. Ona görə də haqqında danışdığımız süjetlərin efirdə yayımlanması ilə heç bir qanun pozuntusuna yol verilmir”.

Previous Post

CANLI EFİRDƏ TELEFON ƏLAQƏLƏRİ BAŞ TUTMAYIB

Next Post

KEÇMİŞ BAŞ REDAKTOR KÖŞƏ YAZISINA GÖRƏ MƏHKƏMƏYƏ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.