TOPLANTI İŞTİRAKÇILARINA QARŞI FİZİKİ GÜC TƏTBİQ EDİLİB

Bu gün (08 oktyabr) Bərdə şəhərində qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı Müsavat partiyasının üzvləri və müstəqil media nümayəndələrinin iştirakı ilə keçirilən toplantı yerli hakimiyyət nümayəndələri tərəfindən dağıdılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna jurnalist Mustafa Hacıbəyli məlumat verib. “Bərdə şəhərinin mərkəzində mən, Müsavat partiyasının üzvü Arif Hacılı, partiyanın Bərdə rayon təşkilatının sədri və digər partiya üzvlərinin iştirak etdiyi toplantıya mülkü və polis geyimində olan polis işçiləri, habelə Yeni Azərbaycan partiyasının Bərdə rayon təşkilatının sədri, mənzil təsərrüfat idarəsinin müdiri hücum çəkdilər. Hücum zamanı eynəyim qırılaraq üzümə yüngül xəsarət yetirildi. Hücumla bağlı İcra Hakimiyyəti başçısı ilə görüşməyə cəhd etsək də, polislər binaya daxil olmağımıza mane oldular”.  Mustafa Hacıbəylinin bildirdiyinə görə seçkilərlə bağlı Bərdədən Yevlax rayonuna yola düşdükdə yol polis işçiləri yolu bağlayaraq buna imkan verməyiblər.

Məsələ ilə Bərdə şəhər icra hakimiyyəti və polis şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı.

Previous Post

PREZİDENT ADMİNİSTRASİYASININ RƏHBƏRİ RAMİZ MEHDİYEVİN MƏQALƏSİNİN TAM MƏTNİ

Next Post

ANS ŞİRKƏTLƏR QRUPU İLƏ “YENİ MÜSAVAT” QƏZETİ ARASINDA BARIŞIQ ƏLDƏ OLUNDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.