ANS ŞİRKƏTLƏR QRUPU İLƏ “YENİ MÜSAVAT” QƏZETİ ARASINDA BARIŞIQ ƏLDƏ OLUNDU

Bu gün (8 oktyabr) Nizami Rayon məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə ANS şirkətinin “Yeni Müsavat” qəzetinə qarşı qaldırdığı mülkü  iddia üzrə məhkəmə prosesdə tərəflər arasında barışıq əldə olunub.

Hakim Z.Əliyev ötən prosesdə hər iki tərəfə barışıq təklifi etdiyini  bir daha xatırlatdı. Tərəflərdən hər ikisi barışıq təklifini qəbul etdiyini bildirdilər.

Xatırladaq ki,  “Yeni Müsavat” qəzetinin 27 avqust tarixli sayında  ANS telekanalının araq reklam etməsi ilə bağlı dərc olunmuş məqaləyə görə, ANS şirkətə məhkəməyə müraciət edərək, 80 min (“Yeni Müsavat”dan 50 000, yazı müəllifi Zahid Səfəroğludan 30 000) manat ödənilməsini istəyirdi.

Previous Post

TOPLANTI İŞTİRAKÇILARINA QARŞI FİZİKİ GÜC TƏTBİQ EDİLİB

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU BƏYANAT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.