İDDİAÇI “GÜNDƏLİK BAKI” QƏZETİNİN BAĞLANMASINI TƏLƏB EDİR

Bu gün (01 dekabr) Yasamal rayon məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə 21 saylı orta məktəbin təlim-tədris işləri üzrə direktor müavini Zöhrə Yusubovanın “Gündəlik Bakı” qəzetinə qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası keçirildi.

Hazırlıq iclasında iddiaçı tərəfi səlahiyyətli nümayəndə qismində Bakıxan Yusifov təmsil edirdi. Cavabdeh tərəf  qismində isə iclasda “Gündəlik Bakı”qəzetinin təsisçi və baş redaktoru Habil Vəliyev və baş redaktorun birinci müavini Üzeyir Cəfərov iştirak edirdi. İddiaçı tərəfin nümayəndəsi cavabdehlərin şəxsiyyətini təsdiq edən sənəd və etibarnamələrinin olmadığını əsas gətirərək, hazırlıq iclasının təxirə salınmasını tələb etdi. Hakim vəsatəti qəbul etdi və məhkəmə hazırlıq iclasını 12 dekabr  2008-ci il, saat 11:00-dək təxirə saldı.
Xatirladaq ki, iddiaya səbəb “Gündəlik Bakı” qəzetinin 07 noyabr 2008-ci il tarixli, 203 (274) saylı buraxılışında “5-ci sinif şagirdi zorlandı” başlığı altında  dərc edilmiş məqalədir.  Məqalədə 21 saylı məktəbdə 5-ci sinif şagirdinin zorlandığı və məktəb rəhbərliyinin bu faktı gizlətməsindən bəhs olunub. 21 saylı orta məktəbin təlim-tədris işləri üzrə direktor müavini Zöhrə Yusubova isə sözügedən məqaləni  şərəf və ləyaqəti ləkələyən, işgüzar nüfuza xələl gətirən yazı hesab edərək məhkəməyə müraciət edib. İddiaçı “Gündəlik Bakı” qəzetinin istehsalına və yayımına xitam verilməsi, həmçinin qəzet redaksiyasının 10.000 manat, yazı müəllifinin isə 15.000 manat cərimələnməsini məhkəmədən xahiş edib.
Previous Post

Səbirə Mahmudovanın keçirdiyi mətbuat konfrası

Next Post

AİLƏ ÜZVLƏRİ MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.