AİLƏ ÜZVLƏRİ MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Ailəsi 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən,  “Bizim yol” qəzetinin əməkdaşı, jurnalist Müşfiq Hüseynovla görüşüb.

Bu haqda məlumatı RATİ-yə jurnalistin qohumu Cavidan Hüseynov verib. “Həftənin şənbə (29 noyabr) günü həyat yoldaşı və iki övladı Müşfiq Hüseynovla görüşüb. Onun saxlanma şəraitindən və özünə olan münasibətdən  heç bir şikayəti yoxdur” – deyə C.Hüseynov bildirib.
Xatırladaq ki, Müşfiq Hüseynov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixində çıxardığı qərarla  6 il müddətinə azadlıqdan və 2 il müddətinə isə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.
Previous Post

İDDİAÇI “GÜNDƏLİK BAKI” QƏZETİNİN BAĞLANMASINI TƏLƏB EDİR

Next Post

NAZİM QULİYEV BARƏSİNDƏ QƏRARDAD ALİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.