İDDİAÇININ EKSPERTİZA RƏYİ İLƏ BAĞLI VƏSATƏTİ TƏMİN OLUNUB

Bu gün (2 mart) Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə, Nəsimi rayon Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı tərəfin vəkili Elçin Sadıqov vəsatətində 4 nəfər şahidin dindirilməsini, E.Hüseynovun tibbi ekspertiza rəyinin  təsdiq olunmasını, iyunun 14-də Nəsimi rayon məhkəməsinə aparılan şəxslərin siyahısını və dindirilməsinin təmin olunmasını, polislərin siyahısının  məhkəməyə təqdim olunmasını istəyib.
Hakim ekspertiza rəyi ilə bağlı və 4 nəfər şahidin dindirilməsi vəsatətlərini təmin etdi. E.Hüseynovun iddia ərizəsindəki döyülməsi ilə bağlı cinayət işinə başlanması müddəası rədd edildi.
Növbəti məhkəmə prosesi 16 mart saat 16.00-a təyin olunub.
Xatırladaq ki, E Hüseynov iyunun 14-də “Alaturka” restoranında  “Çe Gevara Fanatları Klubu”nun keçirdiyi tədbir dağıdılarkən, habelə 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqə məruz qalıb. Polisin təzyiqi nəticədə huşunu itirən Hüseynov 20 gündən artıq müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
Previous Post

ELMAR HÜSEYNOVUN ÖLÜMÜNÜN 4 İLLİYİ İLƏ ƏLAQƏDAR JURNALİSTİN QƏBRİNİ ZİYARƏT OLUNUB

Next Post

ELMAR HÜSEYNOVUN ÖLÜMÜNDƏN 4 İL ÖTÜR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.