ELMAR HÜSEYNOVUN ÖLÜMÜNDƏN 4 İL ÖTÜR

Bu gün (2 mart) “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun ölümünün 4 illiyi ilə əlaqədar jurnalistin qəbri ziyarət olunub.

Ziyarətdə siyasi partiyalardan Azərbaycan Liberal Partiyası (ALP) rəhbəri Əvəz Temirxan, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli həmçinin, Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu , Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov , Sülh və Demokratiya İnistitunun direktoru  Leyla Yunus , Repotyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov , Turan informasiya agentliyinin direktoru Mehman Əliyev , ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson və Norveç səfiri Yon Ramberq də iştirak edirdilər.
Çıxış edənlərdən AXCP rəhbəri Əli Kərimli , Müsavat Partiyasının rəhbəri İsa Qəmbər , Sülh və Demokratiya İnistitunun direktoru  Leyla Yunus Elmarın qətlini pisləmiş və onun qatillərinin tezliklə tapılmasını tələb etdilər.
Xatırladaq ki,"Monitor" jurnalının baş redaktoru E.Hüseynov 2005-ci il martın 2-də  evinin qarşısında qətlə yetirilib. Qətlin sifarişçiləri və icraçıları bu vaxta kimi hələ də tapılmayıb.

Previous Post

İDDİAÇININ EKSPERTİZA RƏYİ İLƏ BAĞLI VƏSATƏTİ TƏMİN OLUNUB

Next Post

ELMAR HÜSEYNOVUN ÖLÜMÜNDƏN 4 İL ÖTÜR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.