ZƏRƏRÇƏKMİŞLƏR BƏXTİYAR MƏMMƏDOVDAN ŞİKAYƏTÇİ DEYİL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovla bağlı məhkəmədə Qazax rayonundan olan zərərçəkmişlər Elçin Xanbutayev, Vaqif Kalayev və Yaşar Namazov ifadə verib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə  onlara dəymiş zərərin ödənildiyini və Bəxtiyar Məmmədovdan şikayətçi olmadıqlarını bildiriblər.

 Xatırladaq ki, Dövlət Bayrağı Meydanının yaxınlığında evləri sökülən hərbçiləri müdafiə etdiyinə görə təzyiqlərlə üzləşən Bəxtiyar Məmmədov ötən il dekabrın 30-da həbs edilib.  Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayel Rayon Məhkəməsi Bəxtiyar Məmmədov barəsində 3 ay həbs qəti-imkan tədbiri seçmişdi.

 

 

Previous Post

ZƏRƏRÇƏKMİŞLƏR BƏXTİYAR MƏMMƏDOVDAN ŞİKAYƏTÇİ DEYİL

Next Post

İDRAK ABBASOVUN SƏHHƏTİNİN PİSLƏŞMƏSİNƏ GÖRƏ İFADƏ VERMƏSİ TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.