İDRAK ABBASOVUN SƏHHƏTİNİN PİSLƏŞMƏSİNƏ GÖRƏ İFADƏ VERMƏSİ TƏXİRƏ SALINIB

Bu gün (30 may) “Ayna”-“Zerkalo” qəzetlərinin, habelə RATİ-nin əməkdaşı İdrak Abbasov Daxili İşlər Nazirliyinə çağırılıb.

Saat 11-dən 14-ə qədər ifadə verən İ.Abbasovun səhhəti pisləşdiyi üçün ifadənin alınması təxirə salınıb. Bu barədə RATİ-yə İ.Abbasovun özü məlumat verib.

 İ.Abbasovun sözlərinə görə, ondan ifadə daxili işlər naziri   Ramil Usubovun nəzarəti altında fəaliyyət göstərən xüsusi qrupun təmsilçisi, polis polkovnik leytenantı  Tofiq Nəbibəyli və adını bilmədiyi polis kapitanı tərəfindən alınırmış.

Xatırladaq İ.Abbasov aprelin 18-də Binəqədi rayon Sulutəpə qəsəbəsində ARDNŞ-nin apardığı növbəti söküntü işlərini lentə alarkən adı çəkilən neft şirkətinin təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən qəddarlıqla döyülüb.

 

Previous Post

ZƏRƏRÇƏKMİŞLƏR BƏXTİYAR MƏMMƏDOVDAN ŞİKAYƏTÇİ DEYİL

Next Post

MÜRACİƏT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.