ATƏT-İN MEDİA AZADLIĞI ÜZRƏ NÜMAYƏNDƏSİ PLÜRALİST MEDİANIN DEMOKRATİK SEÇKİLƏR ÜÇÜN VACİB OLDUĞUNU B

ATƏT-in Media Azadlığı Üzrə Nümayəndəsi Mikloş Haraşti cümə günü yaydığı press-relizdə qeyd edib ki, iştirak edən bütün partiyalar haqqında ədalətli informasiya əldə etmək azad seçkilərin ilkin şərtidir.

“Əsas informasiya mənbəyi olan televiziya hökumət və ya möhkəm sahibkarlar qrupu tərəfindən inhisara alındıqda, çap mətbuatı və ya internet mediası seçkilərin tələbatına cavab verəcək işi lazımınca görə bilmir, yəni bütün baxış və nəzərlərin və siyasi perspektivlərin seçicilərə çatdırılmasına təminat verilmir. Şəxsi medianın xaricdən plüralizmlə təminatı və ictimai-xidmət kanalları vasitəsilə təmin edilmiş daxili plüralizm məlumatlı seçki seçimi etməyin möhkəm və zəruri əsasını təşkil edir” – deyə Haraşti bildirmişdir.
Azərbaycanda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 2008-ci il prezident seçkilərinin və 2009-cu il Referendumunun monitorinqini aparmış və media işıqlandırmasında, xüsusilə də yayım mediası sahəsində, plüralizmin çatışmadığını aşkar etmişdir. RATİ-nin monitorinq layihəsi üzrə hesabatını www.irfs.az –da əldə etmək olar.
 
ATƏT-in press-relizini burada oxumaq olar: http://www.osce.org/item/37654.html.
Previous Post

ABŞ PREZIDENTİ OBAMA: “MEDİA DEMOKRATİK SEÇKİLƏR ÜÇÜN VACİBDİR”

Next Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ NORMALLAŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.