Jurnalistə fiziki güc tətbiq edən polisin işi araşdırılmaq üçün prokurorluğa göndərilib

972270_600837443269430_212033403_n

İyunun 3-də Türkiyədə Gezi parkının sökülməsinə etiraz olaraq keçirilən aksiyaya dəstək məqsədilə gənclərin Bakıda keçirdiyi aksiyanı işıqlandıran Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Rasim Əliyevi döyən Səbail Rayon Polis İdarəsinin Post  Patrul Xidməti Bölməsinin polis nəfəri, polis baş serjantı Mais Əliyev  və eyni zamanda aksiya iştirakçısına fiziki güc tətbiq etmiş polis serjantı Zahid Daşdəmirov Bakı Şəhər Baş Polis İdarəsinin müvafiq əmri ilə tutduqları vəzifədən azad olunublar və polislər barəsində prosessual qərar qəbul edilməsi üçün  iş materialları prokurorluğa göndərilib.  Bu barədə  Bakı Şəhər Polis İdarəsindən bu gün (13 iyun) tarixində RATİ-yə göndərilən məktubda qeyd edilib.

Məsələ ilə bağlı təzyiqə məruz qalmış jurnalist Rasim Əliyev RATİ-yə bildirib ki, məni döyən polisin işdən çıxarılmasını müsbət hal kimi qeyd etmək olar, ancaq düşünürəm ki, prokurorluqda məni heç bir əsas olmadan döyən polis əməkdaşı barəsində cinayət işi açılmalı və o cinayət məsuliyyətinə cəlb edilməlidir.

Xatırladaq ki, iyunun 3-də Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” futbol komandalarının fanklublarının üzvləri mayın 28-dən etibarən İstanbulda Taksim meydanın arxasındakı Gəzi parkında ağacların kəsilməsinə etiraz edən milyonlarla insanın  etiraz aksiyasına dəstək xarakteri daşıyan aksiya keçiriblər. Bu zaman aksiyanı işıqlandıran jurnalist, RATİ əməkdaşı Rasim Əliyev Səbail Rayon Post Patrul Xidmətinin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.

Previous Post

Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistləri təhqir edib

Next Post

Jurnalist Lerikdə dövlət məmurunun təzyiqinə məruz qalıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.