Jurnalist Lerikdə dövlət məmurunun təzyiqinə məruz qalıb

223279_334740693311257_2086384948_n

İyunun 12-də jurnalist İdrak Abbasov Lerik şəhərində dövlət məmurunun  təzyiqinə məruz qalıb. Bu barədə bu gün (13 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin özü məlumat verib.İ. Abbasov bildirib ki, adi bir arayış almaq istədiyi zaman Lerik şəhər inzibati ərazi dairəsinin rəhbəri Atamalı Nəcəfov  ona hücum çəkib və  nalayiq söyüşlərlə onu söyüb.

“Mən sənədləşmə işi ilə bağlı Lerik şəhər inzibati ərazi dairəsinə bir neçə dəfə getdim, ancaq idarənin rəhbəri iş başında olmadığı üçün məsələni həll edə bilmirdim. Belə olduğu üçün mən Nəcəfovun iş kabinetinin  üzərində yazılmış mobil telefona zəng etdim və o mənə çayxanada olduğunu bildirərək ora dəvət etdi. Mən həmin yerə getdim və  dövlət məmurunu iş vaxtı sayılan 16:20 saatlarında  çayxanada domino oynayan gördüm. Mən A. Nəcəfova sənəd almaq üçün gəldiyimi bildirdim və nə zaman iş başında olacağını soruşdum.  Ancaq o mənim müraciətimə cavab vermədi və oyun oynamağa davam etdi. Biraz gözlədikdən sonra oyun bitdi və o yerindən qalxaraq “sən kimsən mən sənə hesabat verim” deyərək mənə hücum çəkdi, məni nalayiq söyüşlərlə söydü. Bu zaman şəkilini çəkdiyim üçün o hücum edərək aparatımı əlimdən almaq istəyirdi”,-deyə jurnalist qeyd edib.

Jurnalist onu da qeyd edib ki, hadisə barədə Lerik Rayon Polis Şöbəsinə  rəsmi şəkildə ərizə ilə müraciət edib.

İdrak Abbasov onu da əlavə edib ki, adi bir arayış alıb rayon sosial təminat şöbəsinə müraciət etmək istəsəm də, idarə rəhbərliyinin özbaşınalığı ucbatından bunu edə bilmədiyim kifayət deyilmiş kimi təzyiqə də məruz qaldım.

Previous Post

Jurnalistə fiziki güc tətbiq edən polisin işi araşdırılmaq üçün prokurorluğa göndərilib

Next Post

İttiham tərəfin şahidi jurnalistin günahkar olmadığını bildirib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.