RATİ-NİN NAXÇIVANDAKI MÜXBİRLƏRİNİN ƏLEYHİNƏ İFADƏ TOPLANIR

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində Naxçıvan Muxtar Respublikasında təzyiqlə üzləşən RATİ əməkdaşlarından biri olan Mehman Mehdiyev mətbuat konfransı keçirdi. O son günlər ailələrinə, xüsusilə atası Həkimeldostu Mehdiyevə qarşı artan təzyiqlərdən danışdı. M.Mehdiyevin sözlərinə görə, münaqişənin yaranmasına səbbəb kimi göstərilən həyətyanı sahələrindəki kiçik avtoyuma məntəqəsinə gələn elektik xətti olub.

 

 “Bizim fəaliyyətimizdə hər hansı qanunsuzluq olmayıb. Sadəcə Naxçıvan hakimiyyəti bizim jurnalist fəaliyyətmizdən narazıdır deyə bizə şər atır. Bizə şər atırlarlar ki, guya avtoyuma məntəqəsinə gedən elektrik xəttini saygacdan kənar qoşaraq işlətmişik”,  – deyə qeyd edən M.Mehdiyevin sözlərinə görə, hazırda onun özü də axtarılır.

 

“Mən həmin gün uzaqdan evimizə olan basqını foto-video lente almışam. Məni qovsalar da mənə çata bilmədilər və indi bunun hayfini çıxmaq istəyirlər. Həm də artıq Şərur rayon Proskurorluğun kəndimiznin əhalisini, xüsusilə taksi xidməti göstərənləri hədələyərək əleyhimizə ifadələr toplayır, məni və atamı həbs etmək istəyirlər ”, – deyə o qeyd etdi.

 

RATİ sədri Emin Hüseynov isə iqlimi sərt olan Naxçıvanda yayın bu istisində Mehdiyevlər ailəsinin elektrik enerjisiz qoylduğunu bildirdi. ”Artq 10 gündür ki, Mehdiyevlərin elektrik xətləri kəsilib və həyya elektrik dirəkləri də sökülərək aparılıb. Onların hətta qida məhsullarini soyucuya qoymaq imkanları da yoxdur”.

 

Jurnalist İdrak Abbasov isə, H.Mehdiyevlə bərabər Naxçıvanda digər jurnalistlərin də mütəmadi təzyiqə məruz qaldıqlarını, son olayın isə almaniyalı jurnalist Mixail Ludviqin Muxtar Respublikaya baş tutumuş yarımçıq səfərindən sonra baş verdiyini dedi. Habelə İ.Abbasov bildirdi  ki, iyulun 15-də Şərur rayonunun  Cəlil  kəndində reportaj hazırlayan RATİ-nin Naxçıvandakı müxbiri Elman Abbasov və “Turan” İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibov Şərur Rayon Polis şöbəsinin əməkdaşlarının hücumuna məruz qalıblar. Jurnalistlər döyülüb, video kameraları, foto aparatları zorla əllərindən alınıb və çəkilişləri silinib. Konflikt   Almaniyanın tanınmış qəzeti “Frankfurter Allgemeine Zeitung”-in Moskva bürosunun müxbiri, siyasi şərhçi Mixail Ludviqin bir müddət bundan Naxçıvana səfəri və daha sonra yerli hakimiyyətin təzyiqi ilə onun  Muxtar Respublikanı tərk etməyindən sonra başlanıb. Əcnəbi jurnalistin H.Mehdiyevin müşayiəti ilə Sədərək rayonuna getməsi yerli hakimiyyətin xoşuna gəlməyib və onu cəzalandırmaq barədə əməliyyata başlayıblar.

Belə ki, iyulun 13-də Şərur rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədovun müavini Ələddin Məmmədov bir neçə şəxslə RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyevin evinə gələrək ona təzyiq edib və onun kiçik avtomobilyuma sexinə gələn elektriki kəsdirib.

 

Previous Post

BƏXTİYAR HACIYEV AĞIR ŞƏRAİTİ OLAN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.