BƏXTİYAR HACIYEV AĞIR ŞƏRAİTİ OLAN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

 Bəxtiyar Hacıyev  14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə  bu gün (25 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) gənc fəalın hüquqlarının müdafiə komitəsinin rəhbəri, hüquq müdafiəçisi İntiqam Əliyev məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, B. Hacıyevin ailə üzvləri bundan sonra Bakıdan kənarda və ictimai nəqliyyat məhdud şəkildə hərəkət etdiyi  Güzdəy qəsəbəsi

ərazisində yerləşən cəzaçəkmə müəssisəsinə gəlib getməyi çətinlikər yaradacaq.

Yeri gəlmişkən onu da qeyd edək ki, hazırda azadlıqda olan amma 2006-ci ildə saxta narkotik itihami ilə həbs edilən satirik-jurnalist Mirzə Sakit (Zahidov) da 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkirdi. Cəzaçəkmə müəssisəsində dəfələrlə zorakılığa məruz qalan M.Sakit 2008-ci il noyabrın 2-də hüquq müdafiəçiləri və beynəlxaq qurumların tələbləri ilə 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülmüşdü.

Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb. Fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.

Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.   18 may  2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb.

Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

 

Previous Post

“MƏRKƏZ” QƏZETİNİN ÜÇ ƏMƏKDAŞI İSTEFA VERİB

Next Post

RATİ-NİN NAXÇIVANDAKI MÜXBİRLƏRİNİN ƏLEYHİNƏ İFADƏ TOPLANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.