POLİSİN QƏZET SATIŞINA İMKAN VERMƏDİYİ BİLDİRİLİR

Dünən axşam saatlarında Bakıda səyyar qəzet satışının polis tərəfindən qadağan edilməsi ilə bağlı məlumatlar yayılıb.

Bu gün səhər saatlarından etibarən RATİ-nin əməkdaşları Bakı küçələrində səyyar qəzet satışının durumu ilə bağlı müşahidələr aparıb. Müşahidələr zamanı aşkar olunub ki, şəhərin küçələrində nəinki səyyar qəzet satışı, ümumilikdə küçə ticarətinin fəaliyyəti qadağan olunub. Belə bir halda müşahidə edilir ki, metroların şəhərə çıxışı istiqamətində yerləşən və qəzetlərin satıldığı stendlər ya ümumiyyətlə yığışdırılıb, ya da metronun içəri hissəsinə köçürülüb. 
     RATİ-nin əməkdaşları "Qaya" mətbuat yayımının direktoru Xanhüseyn Əliyevlə də əlaqə saxlayıblar. "Qəzetlərin əldə yayımı ilə bağlı heç bir problem yoxdur. Sadəcə qəzetlərin şəhərin mərkəzi küçələrində, metroların çıxışında stendlərdə satışı məhdudlaşdırılıb. Bu problemi də polis vəzifə səlahiyyətlərini aşaraq həyata keçirir. Prezident küçələrdə ticarətin qarşısını almağa görə sərəncam versə də, polis qəzet satışına da imkan vermir". 

Previous Post

“AZƏRBAYCAN” QƏZETİNİN BAŞ REDAKTORU TELEKANALLAR ÜZƏRİNDƏ NƏZARƏTİN GÜCLƏNDİRİLMƏSİNİ İSTƏYİR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.