QOHUMLARI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Sentyabrın 20-də qardaşı oğlu Cavidan Hüseynov 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) C.Hüseynovun özü məlumat verib. Onun sözlərinə görə, M.Hüseynov saxlanma şəraitindən və səhhətindən narazılıq etməyib.
Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də şərlənərək həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

Previous Post

POLİS ETİRAZ AKSİYASI KEÇİRMƏYƏ MANE OLDU

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ANS ŞİRKƏTİNƏ QARŞI İDDİASINA ƏSASƏN HAZIRLIQ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.