“BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞINI DÖYƏNLƏRDƏN BIRI SAXLANIlSA DA SONRADAN SƏRBƏST BURAXILIB

Noyabrın 7-də “Bizim Yol” qəzetinin yayım şöbəsinin əməkdaşı Vüsal Yusubova fiziki hücum edən şəxslərdən biri saxlanılıb. Bu barədə bizimyolinfo.com saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, sözügedən qəzetin əməkdaşına hücum edən şəxslərdən biri 1977-ci il təvəllüdlü İsgəndərov Anar Elxan oğlu hazırda Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində saxlanılır. Ona qarşı Cinayət Məcəlləsinin (CM)  221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi açılıb, araşdırma davam edir. Polis hadisədə iştirakçı olan başqa şəxslərin də axtarışını davam etdirir.  
Xatırladaq ki, 7 noyabr 2012-ci il tarixdə “Bizim Yol” qəzetinin yayım şöbəsinin əməkdaşı Vüsal Yusubov idmançı görkəmli 3-4 nəfər naməlum şəxslərin fiziki  hücumuna məruz qalıb. Hadisə gecə saat 03:20 radələrində  Şərifzadə küçəsi 3 ünvanında o “Futbol+” mətbəəsindən çıxarkən baş verib. Həmin şəxslər V. Yusubova hücum edərək, ona yumruq zərbələri ilə döyərək, müxtəlif bədən xəsarətləri yetiriblər.
“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin verdiyi məlumata görə, bir gün sonra həmin şəxs azadlığa buraxılıb.
Qeyd edək ki, qəzetin 6 noyabr 2012 il tarixli sayında “Dünya çempionunun adı dələduzluq olayında" başlıqlı məqalədə 2010-cu ilin mayında Bakıda keçirilən dünya birinciliyində 48 kiloqramlıq çəki dərəcəsində qızıl medal qazanmış Salman Əlizadənin adı fırıldaqçılıq etdiyi iddaa olunan şəxslə bağlı çəkilib. Bundan sonra adı  çəkilən idmançının atası redaksiyaya zəng edərək  hədə-qorxu gəlib. Hazırda bu versiya üzərində araşdırma aparılır.

Previous Post

NİGAR YAQUBLUNUN MÜDAFİƏ KOMİTƏSİ TOPLANDI

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ DƏ XƏDİCƏ İSMAYILOVANIN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.