Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Azad İmanovun sədrliyi ilə keçirilən prosesdə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın “Yeni Azərbaycan” qəzeti və qəzetin baş redaktoru Hikmət Babaoğluna qarşı iddiasına əsasən Səbail rayon Məhkəməsinin 9 avqust tarixli qərarından verilən apellyasiya şikayəti təmin edilməyib. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil Fariz Namazlı məlumat verib.
Prosesdə iddiaçı Xədicə İsmayılova və onun hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı, cavabdeh tərəfdən isə qəzetin nümayəndəsi Aqşin Hümmətov iştirak ediblər.
F. Namazlı bildirdi ki, müdafiə tərəfi məhkəmədə cavabdeh tərəfin sözügedən qəzetdə onun barəsində yazılan fikirlərin əsassız olduğunu və heç bir sübuta söykənmədiyini deyib. Jurnalist Xədicə İsmayıl isə məhkəməyə jurnalistin şəxsi həyatının mübahisə mövzusu ola bilməyəcəyini qeyd edib. Qısa müşavirədən sonra hakim A. İmanov jurnalistin apellyasiya şikayətinin təmin edilmədiyini elan edib. Maraqlıdır ki, hakim X.İsmayılova barədə qəzetin yazdığı “əyyaş” sözünün də təhqir olmadığını deyib. Vəkil F. Namazlı bu qərardan kassasiya şikayəti veriləcəyini dedi.
Xatırladaq ki, cari il mart ayının 7-də jurnalist X.İsmayılovanın şəxsi həyatına aid və gizlin şəkildə çəkilmiş fotoşəkillər ona və ailə üzvlərinə təqdim edilib. Bir necə gün sonra isə xüsusi yaradılmış internet səhifəsində jurnalistin porno görüntüləri yerləşdirilib. Xədicə İsmayılova “Yeni Azərbaycan” qəzetində onun barəsində 13 mart və 20 mart tarixlərində dərc olunmuş yazıların yalan olduğunu və heç bir mənbəyə söykənmədiyini bildirib. O, həmin yazılarla bağlı təkzib verilməsi və 2000 manat təzminat ödənilməsi ilə bağlı çıxarılmasını istəyib. 9 avqust 2012-ci ildə Səbail rayon Məhkəməsi qəzetə qarşı qaldırılan iddianın təmin edilməməsi barədə qərar verib.