POLİS XALQ YAZIÇISININ NƏVƏSİNİ ŞƏRLƏMƏK İSTƏYİB

Xalq şairi Bəxtiyar Vahabzadənin nəvəsi polis tərəfindən şərlənib.

“Yeni Müsavat” qəzetinin bu günkü sayında verilən məlumata görə, bir neçə gün bundan əvvəl metro stansiyalarının birində şair B.Vahabzadənin nəvəsi polis tərəfindən saxlanılaraq polis otağına aparılıb. Üst-başı yoxlanıldıqdan sonra  polislər stolun üstünə uyuşdurucu maddə qoyublar və bildiriblər ki, narkotik vasitə onun üzərindən çıxıb. Bu barədə yuxarı instansiyaya məlumat verilib. Lakin polislərdən biri saxladıqları şəxsin adına və soyadına diqqət yetirib və məlum olub ki, həmin şəxs xalq şairi Bəxtiyar Vahabzadənin xaricdə təhsil alan nəvəsidir. Bu haqda da dərhal yuxarı dairələrə məlumat verilib və həmin şəxsin sərbəst buraxılması göstərişi verilib. Bundan sonra polislər şairin nəvəsinə yanlışlıq olduğunu bildirərək onu sərbəst buraxıblar.
*”Azadlıq” qəzetinin əməkdaşı, jurnalist satirik Mirzə Sakitin də üzərindən güya narkotik maddə tapılmışdı. Yuxarıdakı məlumat bir daha sübut edir ki, hər hansı bir şəxsin üstündən narkotik maddə “tapıb”, onu şərləmək və həbs etmək mümkündür.  

Previous Post

“ZERKALO” QƏZETİNİN ƏMƏKDAŞI MÜKAFATA LAYİQ GÖRÜLÜB

Next Post

Roundtable on Aniv. of Elmar Huseynov’s murder

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.