“Zerkalo” qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov azad mətbuatın inkişafı üçün xidmətlərinə görə Herd Butseriusun “Şərqi Avropanın azad mətbuatı” mükafatına layiq görülüb.
Mükafatın təqdim etmə mərasimi iyunda Hamburq şəhərində keçiriləcək. Məlumat “Zerkalo” qəzetinin bu günkü sayında verilib.
Mükafat alman Fondu “Tsayt-Ştiftunq” və Norveçin “Azad söz” Fondu tərəfindən təsis edilib. Bu mükafata 2007–ci ildə Azərbaycandan “Turan” İnformasiya Agentliyi layiq görülmüşdü.
Mükafat alman Fondu “Tsayt-Ştiftunq” və Norveçin “Azad söz” Fondu tərəfindən təsis edilib. Bu mükafata 2007–ci ildə Azərbaycandan “Turan” İnformasiya Agentliyi layiq görülmüşdü.