POLİS DUİ-NİN AKSİYASINI DAĞIDARKƏN JURNALİSTƏ DƏ TƏZYİQ EDİB

2008-ci il dekabrın 31-də “Demokratiya Uğrunda İttifaq”ın (DUİ) İranın Azərbaycandakı  səfirliyi qarşısında keçirdiyi etiraz aksiyasının polis tərəfindən dağıdılması zamanı “Ölkə” qəzetinin redaktoru Zahid Nurəliyev  Səbayel rayon Polis İdarəsinin  əməkdaşları tərəfindən təzyiqə məruz qalıb.

Bu barədə  RATİ-yə Z.Nurəliyev özü məlumat verib.
“Polis əməkdaşları əvvəlcə məndən aksiya iştirakçılarının şəklini çəkməməyi tələb etdilər. Mən bu qanunsuz tələbə məhəl qoymadım və buna görə qollarımı burub məni maşına mindirdilər. Məni aksiya keçirilən ərazidən xeyli uzaqlaşdırdıqdan sonra sərbəst buraxdılar”, – deyə qeyd edən Z. Nurəliyevin sözlərinə görə, bayram günləri olduğundan baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyib.
“Açığını deyim ki, müraciət etmək fikrim də yoxdur. Çünki, indiyə qədər aksiyalarda jurnalistlərə qarşı dəfələrlə  təzyiq göstərilib və bununla bağlı hüquq mühafizə orqanlarına edilən şikayətlər cavabsız qalıb ”.
Previous Post

DİNDARLARIN AKSİYASI POLİS TƏRƏFİNDƏN DAĞIDILAN ZAMANI JURNALİST DƏ TƏZYİQƏ MƏRUZ QALIB

Next Post

SAKİT ZAHİDOVUN HƏYATINA QARŞI NÖVBƏTİ TƏXRİBAT HAZIRLANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.