Dünən (07 dekabr) Rəna Zahidova həyat yoldaşı, “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitlə (Sakit Zahidov) 10 saylı cəzaçəkmə müəssisəsində görüşüb.
Bu barədə RATİ-yə R. Zahidovanın özü məlumat verib: ”Sakitin ümumi vəziyyəti normaldır, səhhətindən də heç bir şikayəti yoxdur. Ancaq cəzaçəkmə müəssisəsində növbəti dəfə ona qarşı təxribat hazırlanır”.
R. Zahidova iddia edir ki, cəzaçəkmə müəssisəsində təxribat yaratmaq üçün Mirzə Sakitin yanına bir dustaq yerləşdirilib. Habelə həyat yoldaşı qeyd edir ki, Mirzə Sakitə qarşı qəzetlərdə dərc olunmuş satirik yazılarına görə böhtan və təhqir də ittiham etməklə iddia qaldırılacağı və onun həbs müddətinin bu yolla artırılması da istisna deyil.
Mirzə Sakitin vəkili İsaxan Aşurov isə onda bu barədə məlumatın olmadığını, amma məsələni araşdıracağını RATİ əməkdaşına telefon söhbətində bildirib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən isə telefon zənglərimizə cavab verən olmadı. Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov isə məzuniyyətdə olduğunu qeyd edərək suallarımızı cavablandıra bilməyəcəyini bildirdi.
Qeyd edək ki, Mirzə Sakitə qarşı əvvəllər saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində təxribatlar (http://www.irfs.az/content/view/1457/28/lang,az/) olmuşdu, satirik yazar hətta fiziki zorakılığa da məruz qalmışdı. Baş verənlərə beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının müdaxiləsindən sonra 2008-ci il noyabr ayının 1-də Mirzə Sakit 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Xatırladaq ki, Mirzə Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Satirik 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək həbs olunub. Hazırda onun cəzasının bitməsinə təxminən 5 ay qalır.