SİYASİ HƏRƏKAT LİDERİ ”ÖLKƏ” İLƏ BARIŞDI

Bu gün (3 fevral) Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyevanın “Ölkə” qəzetinə qarşı iddiası üzrə Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə bu gün  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Ölkə” qəzetinin baş redaktoru Rəfael Becanov məlumat verib.

İclasda “Ölkə” qəzetinin baş redaktoru Rəfael Becanov, qəzetin vəkili Azər Rəsulov və  iddiaçının nümayəndəsi  Əvəz Temirxan iştirak ediblər.

Prosesdə iddiaçının  nümayəndəsi  “Ölkə” qəzetinin 3 fevral 2011-ci il tarixli sayında təkzib verərək Lalə Şövkət Hacıyevadan  üzr istənildiyini qeyd edərək, bu səbəbdən iddialarını geri götürdüklərini bildirib. Qısa müşavirədən sonra hakim barışığın əldə olunduğunu əsas gətirərək şikayətə xitam verilməsi barədə qərar verib.

Xatırladaq ki, “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyeva “Ölkə” qəzetinin 11-17 fevral tarixli buraxılışında “”Madam” ləqəbli agent kimdir?” başlıqlı yazısında barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını iddia edərək, cavabdehlərin təkzib verməsini, üzr istəməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimələnməsini iddiası ilə məhkəməyə müraciət etmişdi. 13 sentyabr 2010-cu il tarixində Yasamal rayon Məhkəməsi iddianı qismən  təmin edərək, qəzetin 4 000  (min)  manat cərimələnməsi barədə qərar vermişdi.

Qeyd edək ki, “Ölkə” qəzeti 2008-ci ilin fevral ayında fəaliyyətə başlayıb və həftədə bir dəfə dərc olunur.

 

Previous Post

ELAN!

Next Post

“İDMAN AZƏRBAYCAN” TELEKANALINI PREZİDENT İLHAM ƏLİYEV YARADIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.