“İDMAN AZƏRBAYCAN” TELEKANALINI PREZİDENT İLHAM ƏLİYEV YARADIB

 ““İdman Azərbaycan”ın yaradıcısı möhtərəm prezidentimiz İlham Əliyevdir”.  Bunu “Media forum” xəbər saytına müsahibəsində “İdman Azərbaycan” televiziya kanalının direktoru Elsevər Dünyamalıyev bildirib.

Telekanalın yaranmasının 2-ci ildönümünə həsr olunmuş müsahibədə  Dünyamalıyev hökumətin və xüsusilə prezidentin xüsusi qayğı və diqqətindən söz açıb.

 

“Dünyanın heç bir ölkəsində idman kanalı açıq efir vasitəsilə yayımlanmır, buna görə aylıq abunə haqqı ödəmək lazım gəlir. “İdman Azərbaycan”ın ödənişsiz yayımlanması Azərbaycan prezidenti İlham Əliyevin əhalimizin qayğısına qalmasının təzahürüdür” – deyə Dünyamalıyev bildirib.

Xatırladaq ki, 2005-ci ildə Qapalı Səhmdar Cəmiyyətə  çevrilməsinə baxmayaraq, hələ də  Dövlət büdcəsindən maliyyələşən AzTV və onun nəzdində yaradılmış “İdman-Azərbaycan”, mart ayından fəaliyyətə başlayacaq “Mədəniyyət” telekanalları faktiki dövlət telekanalları funksiyasını icra edirlər. Hərçənd ki, Avropa Şurası qarşısında  Azərbaycanın öhdəliklərindən biri də  AzTV-nin ləğv edilməsi ilə bağlıdır. Hökumət AzTV-ni Qapalı Səhmdar Cəmiyyətə  çevirməklə bu telekanalın artıq dövlət telekanalı olmadığını nümayiş etdirmək istədə də, Dünyamalıyevin adı çəkilən  müsahibəsi gerçəklikləri nümayiş etdirir.  

 

Previous Post

SİYASİ HƏRƏKAT LİDERİ ”ÖLKƏ” İLƏ BARIŞDI

Next Post

RADİO ÜZRƏ LİSENZİYANIN VERİLMƏSİNDƏN İMTİNA İLƏ BAĞLI MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.