MÜXALİFƏT NÜMAYƏNDƏLƏRİ BİR ŞƏXSİN İKİ DƏFƏDƏN ARTIQ PREZİDENT SEÇİLMƏSİNƏ ETİRAZ ETDİLƏR

Bu gün (19 dekabr) Sülh və Demokratiya İnstitutunun təşəbüsü ilə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində hakim Yeni Azərbaycan Partiyasının bir şəxsin yalnız iki dəfə prezident seçilə bilməsi haqda konstitusion məhdudiyyətin ləğv edilməsi üçün referendum keçirilməsi təklifinə həsr olunmuş müzakirə  keçirildi.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus 15 oktyabr 2008-ci il prezident seçkilərindən çox az müddət keçəndən sonra Azərbaycanda iqtidar partiyasının belə bir təklifi irəli sürəcəyini gözləmədiklərini bildirdi. Onun fikrincə təklif olunan dəyişikliklərdə məqsəd artıq iki dəfə prezident seşilmiş İlham Əliyevin 2013-cü ildə yenidən prezident olmasına bəri başdan şərait yaratmaqdır.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu müzakirə mövzusu olan məslənin Azərbaycanın demokratik imicinə ciddi zərbə vuracağını dedi: "Konstitusiya cəmiyyətin fundamental bir məsələsidir. Azərbaycan Özbəkistan və Qazaxıstanın başlanğıc nöqtəsinə doğru hərəkət edir. Partiyalar dövlətin diqtəsi ilə məsələləri müzakirəyə çıxarır. Bu artıq totalitarizmdir. Yeni Azərbaycan Partiyasının Konstitusiyada dəyişiklik edərək prezidentin iki dəfədən artıq hakimiyyətdə saxlamaq istəyi Azərbaycanda totalitar rejimin yaradılmasının birinci mərhələsidir ".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə bildirdi ki, Konsyitusiyaya təkilif olunan əlavə və dəyişikliklər Azərbaycan dövlətçiliyi üçün real  təhlükədən xəbər verir: "Demokratik ölkələrdə Konstitusiya da, qanunlar da dəyişə və təkminləşə bilər. Amma bu gün bizə dəyişdirilməsi təklif etdikləri məsələ demokratiyanın əsas fundamental prinsipinə zərbədir. Ona görə də Azərbaycan cəmiyyəti buna etiraz etməlidir".
Müsavat Partiyasının başqanı İsa Qəmbər də bir şəxsin iki dəfədən artıq prezident  seçilməsinin əleyhinə olduğunu qeyd etdi: "Hakimiyyət açıq-aydın bu məsələdə tələsir. Bu isə iqtidarın partiyalı sistemin inkişafına, hakimiyyətin seçkilər yolu ilə dəyişdirliməsinə ciddi maneə yaratmaq istəyindən  xəbər verir".
Habelə müzakirələrdə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Müsavat Partiyası  başqanın müavini Arif Hacılı və Azərbaycan Liberal Partiyasının sədr müavini Əvəz Temirxan da çıxış edərək Konstitusiyaya təkif olunan əlavə və dəyişikliklərin əleyhinə olduqlarını bildirdilər.
Tədbirin sonunda isə Müsavat Partiyası başqanı İsa Qəmbər və digər siyasətçilər Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində tədbirin keçirilməsinə şərait yaratdıqları üçün, təşkilatın rəhbərliyinə təşəkkür etdilər. İ.Qəmbərin sözlərinə görə,  mövzu ilə bağlı tədbir keçirmək üçün bir neçə mətbuat klubuna müraciət edilsə də, müxtəliuf bəhanələrlə onlara yer verməkdən imtina edilib.
 
Previous Post

GƏNCLƏR XARİCİ RADİOSTANSİYALARININ MİLLİ TEZLİKLƏRLƏ YAYIMININ DAVAM ETDİRİLMƏSİNİ TƏLƏB ETDİLƏR

Next Post

MİRZƏ SAKİTİN AZAD OLUNMASI ÜÇÜN MƏHKƏMƏYƏ MÜRACİƏT EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.