MİRZƏ SAKİTİN AZAD OLUNMASI ÜÇÜN MƏHKƏMƏYƏ MÜRACİƏT EDİLDİ

Bu gün (19 dekabr) vəkil İsaxan Aşurov hüquqlarını müdafiə etdiyi "Azadlıq" qəzetinin əməkdaşı, satiraçı sair Mirzə Sakitin (Sakit Zahidov) vaxtından əvvəl həbsdən azad edilməsi xahişi ilə  Nərimanov rayon Məhkəməsinə müraciət edib.

Bu barədə RATİ-yə vəkilin özü məlumat verib.
Vəkilin sözlərinə görə, qanunla cəzasının çox hissəsini çəkmiş hər bir məhkumun vaxtından əvvəl azad olunması üçün məhkəməyə müraciət etrmək hüququ var.
Qeyd edək ki, Mirzə Sakit Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib. Satirik 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub. Hazırda oun cəzasının bitməsinə təxminən 6 ay qalır.
Previous Post

MÜXALİFƏT NÜMAYƏNDƏLƏRİ BİR ŞƏXSİN İKİ DƏFƏDƏN ARTIQ PREZİDENT SEÇİLMƏSİNƏ ETİRAZ ETDİLƏR

Next Post

MÜMKÜN ƏFV FƏRMANI BARƏDƏ HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AİLƏLƏRi NƏ FİKİRLƏŞİRLƏR?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.