SİYASİ MƏHBUSLAR MÜSTƏQİL VƏ MÜXALİFƏT QƏZETLƏRİNİN ONLARA VERİLMƏDİYİNİ BİLDİRİRLƏR

Ramanada yerləşən 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan vicdan məhbusları Arif Hacılı, Müsavat Partiyası fəalı Ülvi Quliyevlə AXCP fəalı Babək Həsənov  müstəqil  və müxalifət  qəzetlərini oxumaqdan məhrum ediliblər.

Bu barədə “Yeni Müsavat” qəzetinə açıqlama verən Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov məhkumlara yaxınları tərəfindən hər hansı bir qəzetin aparılmasına qanunda heç bir qadağa və məhdudiyyətin olmadığını deyib: “Cəzaçəkmə müəssisələrində kitabxanalar olur və ora gündəlik qəzetlər aparılır. Amma çox güman ki, ora Arif bəyin oxumaq istədiyi qəzetlər aparılmır. Lakin Arif  bəyin və digər məhkumların yaxınları istənilən müstəqil qəzeti, jurnalı, kitabı ora apara bilərlər. Bu heç bir qanunla qadağan edilmir. Əgər buna icazə verilmirsə, bu, qanunsuzluqdur”.

Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman  Sadıqov isə bildirib ki,  cəzaçəkmə müəssisəsinin əməkdaşlarının Arif Hacılıya qəzetlərin verilməsinin qarşısını almalarına inanmadığını deyib: “Məhkumlar ölkədə çap olunan və qadağan olunmayan qəzetlərə abunə ola bilərlər. Cəzaçəkmə müəssisəsinin özü də kifayət qədər qəzetlərə abunə yazılıb. Əgər cəzaçəkmə müəssisəsi hansısa qəzetə abunə yazılmayıbsa, məhkumun özünün, onun yaxınlarının ixtiyarı var ki, həmin qəzetlərə abunə yazılsın və oxusun”.

Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİNİN VƏTƏNDAŞLARLA GÖRÜŞÜNÜN QARŞISI ALINIB

Next Post

VAXTİLƏ BAŞINDAN TRAVMA ALAN JURNALİSTİN GÖRMƏSİNDƏ PROBLEM YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.