Metropoliten stansiyalarında “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin satışına qadağa qoyulub

   1

Oktyabrın 17-dən Bakı Metropoliteninin stansiyalarında “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin satışına qadağa qoyulub. Bu barədə oktyabrın 18-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) “Azadlıq” və “Yeni Müsavat” qəzetindən məlumat veriblər.

            “Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev bildirib ki, heç bir səbəb göstərilmədən qəzet metro stansiyalarında satılmır və satıcılar da onlara hansı qurumun göstəriş verdiyini bilmirlər.

            “Yeni Müsavat” qəzetinin baş direktoru  Ələsgər Süleymanov da deyib ki, bizdə də nə səbəbə qəzet satışına qadağa qoyulması barədə xəbər yoxdur, ancaq bu məsələni araşdırırıq.

            “Bakı Metropoliteninin rəisi Tağı Əhmədov belə bir göstəriş vermədiyini bildirir. “Metroservis” mətbuat yayımı xidmətinin rəhbərliyi ilə isə heç cür əlaqə saxlaya bilmirik. Bu səbəbdən Daxili İşlər Nazirliyinə müraciət etmişik”,-deyə Süleymanov qeyd edib.

            RATİ bu məsələ ilə bağlı Metropoliten İdarəsi ilə əlaqə saxlamaq istəsə də, telefona cavab verməyiblər.

Previous Post

Bloggerin işi üzrə məhkəmə istintaqı yekunlaşıb

Next Post

Kamran Həşimli: Pərviz Həşimlidən AXCP sədrinə pul aparası barədə yazmağı tələb edirlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.