Bloggerin işi üzrə məhkəmə istintaqı yekunlaşıb

 resad-ramazanov

  Oktyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə dindar blogger Rəşad Ramazanovun məhkəmə prosesi keçirilib

Məhkəmədə bloggerin vəkili Azər Nağıyev vəsatət qaldırıb ki,  Rəşad Ramazanovun üzərindən tapılan narkotik vasitənin bükülü olduğu selafon klok üzərində əl barmaq izlərinin olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirilsin.  Dövlət ittihamçısı bu vəsatətə etiraz etdi. Etirazında bildirib ki, 09 may 2013 – cü ildən bu günə kimi uzun müddət keçib və onun açılmasında, bağlanılmasında, qablaşdırılması zamanı müxtəlif əl izlərinin qalması və olan əl izlərinin silinməsi mövcuddur. Məhkəmə  müdafiə tərəfin bu vəsatətini təmin etməyib. Eyni zamanda hakim məhkəmə istintaqının sona çatdığını bildirərək çıxış üçün sözü dövlət ittihamçısına verib. Dövlət ittihamçısı məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyib və buna görə də məhkəmə növbəti prosesi 30 oktyabr saat 16:00-a təyin edib.

Xatırladaq ki, mayın 9-da dindar blogger Rəşad Ramazanov (Rəşad Həqiqət Ağaaddin) “20 yanvar” metrostansiyası yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Bloggerin üzərində axtarış aparılıb və üzərindən 9 qram heroin müsadirə edildiyi bildirilir. Ramazanov bu ittihamı təkzib edir. Təqsiri sübuta yetirilərsə,  Rəşad Ramazanovun  əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir. Mayın 20-də  Rəşad Ramazanov Bakı İstintaq Təcridxanasına köçürülüb. Avqustun 7-də bloggerin işi Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki,  Rəşad Həqiqət Ağaaddinin (Rashad Heqiqet Ağaaddin) (Ramazanov)rəsmi facebook səhifəsində (http://on.fb.me/12G0WJE) hazırkı hakimiyyəti sərt tənqid edən məqalə və statuslar əsas yeri tutur və onlarda azadlıq və ədalət mövzuları müəllif tərəfindən sərt mövqedə  əks olunub.

Previous Post

Jurnalistin işi üzrə çıxışlar olacaq

Next Post

Metropoliten stansiyalarında “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin satışına qadağa qoyulub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.