NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏSİNİN İDDİASINA ƏSASƏN MƏHKƏMƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Bu gün (29 sentyabr) Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə mərhum jurnalist Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova və oğlu Emil Məmmədovun Maliyyə  Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş  İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı baş redaktorun ölümü ilə bağlı qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

Bu barədə RATİ-yə məlumat verən iddiaçıların nümayəndəsi Ramiz Məmmədov bildirib ki, o, hazırlıq iclasında cəzaçəkmə müəssisəsində Novruzəli Məmmədova təyin edilmiş müalicə kursu, istifadə edilmiş dərman preparatları ilə bağlı sənədlərin məhkəməyə təqdim olunması üçün vəsatət qaldırıb. Hakim vəsatətin qəbul olunması ilə bağlı qərar qəbul edib. Məhkəmə prosesi 15 oktyabr saat 15:00-a təyin edilib.  
Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

Previous Post

HAKİM ANS VƏ “YENİ MÜSAVAT” QƏZETİNƏ BARIŞIQ TƏKLİF EDİB

Next Post

JURNALİSTLƏR VƏKİLLƏ TƏMİN OLUNMAQ BARƏDƏ VƏSATƏT QALDIRIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.