HAKİM ANS VƏ “YENİ MÜSAVAT” QƏZETİNƏ BARIŞIQ TƏKLİF EDİB

Bu gün (29 sentyabr) Nizami Rayon məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə ANS şirkətinin “Yeni Müsavat” qəzetinə qarşı qaldırdığı mülkü  iddia üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) proseslə bağlı məlumat verən “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn bildirdi ki, hakim tərəflərə barışıq təklif edib. Tərəflər bu təklifə konkret münasibət bildirməyiblər. Hakim növbəti prosesi 8 oktyabr, saat 14.30-a təyin edib.
Xatırladaq ki,  “Yeni Müsavat” qəzetinin 27 avqust tarixli sayında  ANS telekanalının araq reklam etməsi ilə bağlı dərc olunmuş məqaləyə görə ANS şirkətə məhkəməyə müraciət edərək, 80 min (“Yeni Müsavat”dan 50 000, yazı müəllifi Zahid Səfəroğludan 30 000) manat ödənilməsini istəyir.

Previous Post

REGİONDA HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN İŞTİRAKI İLƏ DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏSİNİN İDDİASINA ƏSASƏN MƏHKƏMƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.