REKTOR İNFORMASİYA SORĞUSUNA CAVAB VERDİYİNİ İDDİA EDİR

Bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Raqib Qurbanovun sədrliyi ilə “Bizim yol” qəzetinin əməkdaşı Natiq Ədilovun BDU-nun rektoru Abel Məhərrəmovun hərəkətsizliyindən verdiyi şikayət üzrə məhkəmə hazırlıq iclası keçirilib. Məhkəmədə iddiaçı Natiq Ədilov, iddiaçının vəkili

Asif Yusifli, A.Məhərrəmovun vəkili Tofiq Sadıqov iştirak edirdi. Hakim tərəflərə hüquq və vəzifələrini açıqladı. Cavabdehin vəkili Tofiq Sadıqov çıxışında bildirdi ki, 29 noyabr tarixində bizə gələn informasiya sorğusuna biz 12 dekabrda cavab göndərmişik.
N.Əbilov isə heç bir cavab məktubunun gəlmədiyini bildirdi. Daha sonra hakim tərəflərə hansısa bir vəsatətlərinin olub-olmaması haqqında sual verdi. Cavabdehin nümayəndəsi vəsatət qaldırdı ki, səhhəti ilə bağlı başqa ölkəyə gedəcəyi üçün işə baxış mart ayının 18-dən sonrakı tarixə keçirilsin. Hakim isə xatırlatdı ki, qanunla mülki işə bir ay müddəti ərzində baxılır. İddia ərizəsinin məhkəməyə təqdim olunmasının bir ayı isə mart ayının 8-də tamam olur. Bu səbəbdən hakim vəsatəti təmin etmədi. Növbəti məhkəmə prosesi 7 mart saat 11:00-a təyin edildi.
Xatırladaq ki,  jurnalist noyabrın 29-da  BDU-ya tanınmış müğənni Röyalə Nəcəfovanın (Röya Ayxanın) Bakı Dövlət Universitetinə hansı yolla daxil olması barədə sorğu göndərmişdi. Lakin həmin sorğu cavablandırılmamışdı. İddiaçı məhkəmədən Abel Məhərrəmova göndərdiyi 29 noyabr tarixli İnformasiya sorğusunda göstərdiyi sualları ətraflı və doğru-dürüst cavablandırmağa məcbur edən qətnamənin qəbul edilməsini, həmçinin Mülki Prosessual Məcəlləsinin 265-ci (məhkəmənin xüsusi qərardadları) maddəsinə uyğun olaraq A.Məhərrəmov haqqında xüsusi qərardadın çıxarılmasını xahiş edib.

Previous Post

OSCE Chairman Ilkka Kanerva’s press conference in Baku

Next Post

OSMAN GÜNDÜZ İNTERNETİ TƏNZİMLƏYƏCƏK QANUNUN QƏBULUNA EHTİYAC GÖRMÜR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.