“FANAT. AZ” SAYTINA QARŞI İDDİA ÜZRƏ HAZIRLIQ İCLASI TƏXİRRƏ SALINIB

Bu gün (24 iyul) Nəsimi  rayon Məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun “FANAT.AZ” idman saytının layihə rəhbəri Zahir Əzəmətə və saytın idman yazarı Natiq Muxtarlıya qarşı Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna N.Muxtarlı məlumat verib.

   İclasda Fanat.az-ın vəkili Xalid Bağırov Zahir Əzəmətə qarşı iddianın heç bir hüquqi əsasının olmadığını bildirib. Qarşı tərəfin vəkili Mzahir Niftəliyev bu barədə düşünmək və kimi məhkəməyə verməli olduqlarını müəyyənləşdirmək üçün məhkəmədən vaxt istəyib. Hakim Elmar Kərimov hazırlıq iclasını 31 iyul saat 15.00-dək təxirə salıb.
  Xatırladaq ki,  Mais Məsimov “FANAT.AZ” idman saytında yerləşdirilmiş Natiq Muxtarlının köşə yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək, Zahir Əzəmət və Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.
Previous Post

Vəkillərin polisə qarşı iddiası təmin edilmədi

Next Post

İNTİQAM ƏLİYEVİN VƏKİLLƏR KOLLEGİYASINA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.