Prosesdə İ.Əliyev bildirib ki, qarşı tərəfin qanunsuz vəsatətləri nəticəsində dəfələrlə proses təxirə salınaraq ləngidilib. İşin ədalətli həlli baxımından əhəmiyyəti olan bir sıra sübutların VK-dan tələb edilməsi, o cümlədən VK-nın Rəyasət Heyəti üzvlərinin şahid qismində prosesə dəvət edilərək dindirilməsi və s. barədə İ.Əliyevin vəsastətləri qəbul olunmayb. İ.Əliyev ifadəsində bildirib ki, quruma qəbul olunmaması Azərbaycandakı məhkəmə və vəkillik sisteni ilə bağlı fərqli fikirləri ilə bağlıdır.
VK-nın nümayəndəsi Məzahir Sadıqova ifadə verməyərək, prosesin təxirə salınması barədə növbəti vəsatət verib. Bu dəfə VK-nın vəkili vəsatətini onunla əsaslandırıb ki, İ.Əliyevə qarşı 200.000 AZN həcmində kompensasiya tələbi ilə yanaşı, İ.Əliyevin redaktoru olduğu “Hüquq qəzeti”ndə VK və onun Sədri barədə həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi tələbi də irəli sürülüb. M.Sadıqov bildirib ki, “Hüquq qəzeti” hazırda fəaliyyət göstərmədiyi üçün təkzibin hansı qəzetdə verilməsi məsələsinin həlli barədə qərar qəbul edilməsi üçün qurumun rəhbərliyi ilə məsləhətləşməlidir.
İ.Əliyev vəsatətə etiraz edərək bildirib ki, bu, prosesin ləngidilməsi üçün növbəti cəhddir.

Hakim prosesi 31 iyul saat 11.00-dək təxirə salıb.