“NOTA” QƏZETİNİN BAŞ REDAKTORUNA QARŞI MƏHKƏMƏ HAZIRLIQ İCLASI TƏXİRƏ SALINDI

Bu gün (06 may) Xətai rayon Məhkəməsində hakim Hikmət Hüseynovun sədrliyi ilə Daxili İşlər nazirinin müavini, general-leytenant Zakir Həsənovun “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən məhkəmə hazırlıq iclası keçirilməli idi.

Lakin prosesdə iddiaçı tərəfdən nümayəndə iştirak etmədiyindən, hakim hazırlıq iclasını 12 may saat 16:00-a qədər təxirə saldı.
Xatırladaq ki, general-leytenant Zakir Həsənov “Nota” qəzetinin son saylarında Daxili Qoşunlarla bağlı şərəf və ləyaqətini ləkələyən  və onu nüfuzdan salan məqalələr dərc edildiyini iddia edərək, Sərdar Əlibəylini Cinayət Məcəlləsinin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) xüsusi ittiham qaydasında məhkəməyə verib.
Previous Post

NEFT AKADEMİYASININ DİVARLARINDAN HƏLAK OLANLARLA BAĞLI YAZILMIŞ XATİRƏ YAZILARI SİLİNDİ

Next Post

MİLLƏT VƏKİLİ GÜLƏR ƏHMƏDOVA “ AZADLIQ” QƏZETİNDƏN ŞİKAYƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.